Sevgi, Allahın insanlara verdiyi ən böyük nemətlərdən biridir. Hər insan
həyatı boyunca çox sevdiyi, güvəndiyi, yaxın hiss etdiyi kəslərlə
birlikdə olmaq istəyər. Allahın verdiyi nemətlərin bir çoxu, əsl
dəyərini, gerçək sevgilərin və dostluqların yaşandığı mühitlərdə tapar.
Məsələn, gördüyü gözəl bir mənzərədən zövq alan bir insan, eşitdiyi
həyəcanı sevdiyi biriylə paylaşmaq istər. Eyni şəkildə ən möhtəşəm
ziyafət süfrəsi ya da ən gözəl, ən zərafətli ev belə, tək başınayken bir
insana çox çox cazibədar gəlməyə bilər. Çünki Allah insan fitrətini,
sevməkdən və sevilməkdən zövq alacaq, dostluqdan və yaxınlıqdan
xoşlanacaq şəkildə yaratmışdır. Quran əxlaqını yaşayan insanlarla bir
yerdə olmaq, onlarla dostluğu və sevgini yaşamaq isə, iman edən bir
insana bir çox nemətdən çox daha çox zövq verər.
Hiç yorum yok:
Yorum Gönder