Emosionallıq din əxlaqının yaşanmadığı cəmiyyətlərdə mənfi xüsusiyyət
hesab edilmir. Hətta emosionallığın əslində hər insanın xarakterində
az-çox mövcud olan əhəmiyyətli xüsusiyyət olduğuna inanılır. Bu
düşüncəyə görə emosionallığın səbəb olduğu hərəkətlər də lazımlı insani
duyğulardır. Buna görə də emosionallıqdan qaynaqlanan ‘incimə, şikayət
etmə, xətrinə dəymə, ağlama, içinə qapanma, durğunluq, qısqanclıq,
əsəbilik’ kimi yanlış xüsusiyyətlərin, ‘insanın içindən gələn duyğular’
olduğu iddia edilərək daima buna təşviq edirlər.
Halbuki, bu
düşüncə tamamilə səhvdir. Xüsusilə də cahiliyyə cəmiyyətlərindəki qadın
xarakterində görünən emosionallıq, insanın zəif xarakter göstərməsinə
səbəb olur. İnsan hadisələr qarşısında duyğularının onu
istiqamətləndirdiyi şəkildə hərəkət etdiyi üçün ağılla davranmır.
Məntiqli və doğru düşünəbilmir, məqsə dəuyğun qərarlar qəbul edə bilmir.
Müsəlman
qadın, bütün həyatını və xarakterini Qurana əsasən təyin etdiyi üçün
nəfsin bu xüsusiyyəti və ona qarşı necə mübarizə aparmalı olduğu
haqqında ən doğru məlumatlara malikdir. Emosionallığın insanı ağıldan
uzaqlaşdırdığını, doğru düşünməsini əngəllədiyini, həqiqətləri olduğu
kimi görməsinə maneə törətdiyini, insanı zəif, müqavimətsiz və gücsüz
hala gətirdiyini bilir. Bundan başqa cahiliyyə əxlaqının səbəb olduğu
qadın xarakterinə uyğun olan duyğulanmaq, kədərə qapılmaq, ağlamaq,
deyinmək, hirslənmək, qısqanclıq etmək, içinə qapanmaq kimi
davranışların, imanlı insanın xarakteriylə uyğun olmayan xüsusiyyətlər
olduğunun da şüurundadır. Çünki bütün bu davranışlar Allahın bəyənmədiyi
və insanın bunlardan uzaqlaşmalı olduğu davranışlardır. Bu mənfi
davranışların hər biri insanın təməldəki bəzi inanc pozuqluqlarından və
bəzi gerçəklərin kifayət qədər şüuruna varmamasından qaynaqlanır.
Asanlıqla hüznə qapılan, ağlayan, nəfsinə məğlub olan, qısqanclıq edən,
durğunlaşan, içlərinə qapanan insanlar Allahın gücünün, hər şeyi xeyir,
hikmət və ədalətlə yaratdığının, istədiyi an istədiyi hər şeyi
reallaşdıra biləcəyinin, insanların dualarına cavab verəcəyinin şüurunda
deyillər. Hadisələr qarşısındakı bütün kədərləri, hirsləri,
qısqanclıqları həmişə bu dünyagörüşündəki səhvlərdən və inanc
pozuqluqlarından qaynaqlanır.
Allaha könüldən bağlılıq, səmimi
təslimiyyət, hər hadisənin Allahın idarəsində olduğunu bilərək, hər şeyi
xeyir gözüylə qiymətləndirmək, insanın duyğularına qapılıb mənfi
münasibət göstərməsinə mane olur. Müsəlman qadın Allaha olan güclü
sevgisi və dərin Allah qorxusundan, emosionallığın səbəb olduğu bütün
yanlış davranışlardan diqqətlə çəkinir. Müsəlman qadın Allahın ” Və o
kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan
gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam
(rəhbər) et! – deyərlər.” (Furqan Surəsi, 74) ayəsiylə bildirdiyi
şəkildə bütün hərəkətləriylə, xarakterləriylə, yüksək əxlaqıyla
insanlara nümunə olmağı hədəfləyən insandır. Bu da ona heç bir hadisə
qarşısında aciz qalmayan güclü bir şəxsiyyət qazandırır.
Mömin
qadınlar, əsasən qadın əxlaqında geniş şəkildə görünən bu emosional
davranışlardan çəkinib güclü xarakter göstərməklə, bu xarakteri
mənimsəyən qadınlar üçün gözəl nümunə olacağını bilir və belə bir
şüurla, məsuliyyətlə hərəkət edirlər. Allahın “… nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır! ” (Həşr Surəsi, 9)ayəsiylə
bildirdiyi kimi nəfslərini pisliklərdən təmizlədikləri üçün dünyada
vəaxirətdə nemətə, rahatlığa qovuşur və xoşbəxtliyi ən gözəl şəkildə
yaşayırlar. Emosionallığın insanlara yaşatdığı bütün çətinliklərdən,
kədərlərdən uzaq olurlar.
Hiç yorum yok:
Yorum Gönder