ROMANTİK OLMAQ

Cahiliyyə qadınlarının normal saydıqları  xüsusiyyətlərdən biri də Quran əxlaqına tamamilə zidd olan romantizmdir.Romantizmin qadını tamamlayan xarakter olduğuna inanırlar.Cahiliyyə cəmiyyətinin qadından gözlədiyi xarakter onsuz da budur. Onlara görə qadın hər zaman sığınan, qorunan və gücsüz tərəf olmalıdır.

Bu səbəblə bəzi evdar qadınlar bu təlqinlərin də təsiriylə çətinliklə hər qarşılaşdıqlarında romantizmə qapılmaqdan heç çəkinmirlər.Bunu bir zəiflik olaraq görmür, əksinə bu şəkildə özlərinə şəfqət göstəriləcəyini və ətraflarındakı insanların onlarla maraqlanacaqlarını düşünərək özlərini romantizmə daha da qapdırırlar. Onsuz da, ətraflarındakı insanlar tərəfindən bu cür davranmağa  təşviq olunurlar. Cahil cəmiyyətdə duyğularına qapılan  insana rəğbət göstərirmiş kimi davranılar və bu cür davranan adam istədiyi nəticəni əldə etmiş olar. 


Bununla yanaşı bəzi cahiliyyə qadınlarında daha şiddətli bir romantizm növü vardır ki, bu onun bütün xarakterinə hakim olmuşdur. Yaşadığı narahat mühitdən və bununla bərabər Allaha və qədərə təslim olmamasından yaranan bu romantizm növü bu qadınların bütün həyatına əks olunur. Belə ki, romantik dünyagörüşləri səbəbiylə əsla sağlam düşünə bilmir, ağıllı qərarlar ala bilmir və məntiqli hərəkət edə bilmirlər. Hadisələrin həmişə mənfi cəhətlərini görür, həmişə əzildiklərini düşünür, hətta bu haqda romantik ssenarilər quraraq bu sağlam olmayan ruh halına daha da qapılırlar. Evliliklərinin gözlədikləri kimi olmaması, ilk günlərdəki həyəcanlarını, sevgilərini və hörmətlərini itirdiklərini görmələri  onları bu ruh halına salır. Bu zaman da, daima gözləri dolan, kədərlənən, bədbin bir xarakter formalaşdırırlar. Məsələn səylə hazırladıqları yeməklər haqqında  tərif deyilməməsi, yeni alınan bir paltarın fərqinə varılmaması, ya da istəklərinin yerinə yetirilməməsi dərhal romantizmə qapılmalarına səbəb olur.Səhvən deyilən bir söz, bir zarafat hətta çox vaxt bir kəlmə belə duyğularına qapılmaları üçün kifayətdir. Gün boyu bu hadisəni unuda bilmir  və zehinlərində durmadan bu haqda  nəticələr axtarırlar. Halbuki ümumiyyətlə ortada heç bir şey yoxdur və hətta bəlkə də qarşı tərəf istifadə etdiyi bu sözün fərqində belə deyil.Amma romantizmi şəxsiyyətinin bir parçası olaraq mənimsəmiş cahiliyyə qadınlarının mühakiməsi, bunu görə bilməyəcək qədər  zəifdir.

Bunun nəticəsi olaraq cahiliyyə qadınlarının həyatlarına hakim olan bir başqa xüsusiyyət  ağlamaqdır. Evdə baş verən hər hadisə onlar üçün bir hüzn və ağlama vəsiləsidir. Ailəvi problemlər, uşaqların böyüdülməsində qarşılaşılan çətinliklər, romantik seriallar  və bunlar kimi bir çox səbəb, bu əxlaqı yaşanmalarına  zəmin hazırlayır. Xüsusilə də uşaqları böyüməyə başladıqca, yoldaşlarının onları  ikinci planda gördükləri təəssüratına qapılır və uşaqlarına hər dəfə öncəlik veriləndə bir tərəfdən sevinir, bir tərəfdən də özləri ikinci plana düşdükləri üçün  kədərlənirlər.Hətta bu xarakterdəki insanlar romantik olmaqda o qədər israrlıdırlar ki, olduqları mühitdə sıxıntı  verəcək bir şey olmasa belə ağlayacaq, kədərlənəcək bir səbəb tapa bilirlər. Məsələn televiziyada baxdıqları bir serialda ölən bir insanın ardından dəqiqələrlə ağlaya bilir və ya 10 il əvvəl dostlarıyla dinlədikləri bir musiqini  eşitdiklərində birdən duyğulanıb ağlayırlar. Bu nümunələri çoxaltmaq mümkündür.

Yaşadıqları bu əxlaq cahiliyyə qadınlarının çox qısa müddətdə həm ruhən, həm də cismən çökməsinə səbəb olar. Əlbəttə bu, Quran əxlaqı yerinə cahiliyyə həyatını seçmələri səbəbiylə yaşadıqları çətinliyin nəticələrindən biridir. Allah Quranda insanların ancaq Özünü andıqları, ONA təslim olduqları, axirətə hazırlıq etdikləri müddətcə dünyada gözəl bir həyat yaşaya biləcəklərini və ürəkdən hüzur  tapa biləcəklərini xəbər vermişdir. Ancaq burada təsvir etdiyimiz xarakterdəki insanlar özlərini yaradan sonsuz güc sahibi Allahı unutmuş və buna görə də böyük bir çətinliyə düşmüşlər.

Hiç yorum yok:

Yorum Gönder