Bəzən insanlar şəxsiyyətlərindəki bəzi mənfi xüsusiyyətləri
dəyişdirmək istəyirlər, ancaq göstərdikləri səyə baxmayaraq buna nail
ola bilmirlər. Belə şəraitdə şeytanın bu insanları yönəltdiyi ilk
düşüncə, “şəxsiyyətlərinin sabit və dəyişməz olduğunu; dolayısı ilə nə
qədər səy göstərsələr də xarakterlərini dəyişdirə bilməyəcəkləri”
şəklindədir. Şeytan bu şəxslərə xüsusilə də, “əllərindən gələn hər şeyi
etdiklərinə; ancaq yenə də heçbir dəyişiklik olmadığına” inandırıb
onların gözəl əxlaqdan yana göstərəcəkləri səyi saxlamaq istəyir.
Şeytanın
bu təlqininə qulaq asan şəxs nəfsindəki qürur, eqoizm, qısqanclıq,
kin, hirs kimi xüsusiyyətlər ilə qarşılaşdığında vicdanından başqa
güclü rəftar göstərə bilmir. Şəxsiyyətindəki mənfi rəftarlara qarşı
mübarizə apara bilmir. “Necə olsa da başqa çarə yoxdur” deyərək bu
xüsusiyyətləri mühafizə edir. Ətrafındakı insanlara da, “bunlar mənim
pis xüsusiyyətlərim olduğunu bilirəm, çalışın məni belə də qəbul edin”,
“mən bu sahədə nəticəyə gələ bilmədim, bu səbəblə məni belə yola
verin” deyir.
Halbuki iman edən, Quran ayələrindən
xəbərdar olan hər insanın çox yaxşı bildiyi kimi, bu şəxsin önə sürdüyü
bütün məntiqlər yanlışdır. Yalnızca şeytanın aldadışından ibarətdir.
Çünki
Allah hər insanın nəfsini əslində eyni xüsusiyətlərlə yaratmışdır. Hər
insan, özünə hər cür yaxşılığın, xoş rəftarın, gözəlliyin yolunu
göstərən vicdana sahibdir. Eyni şəkildə yenə insanın nəfsində, pisliyin
hər cürünü reallaşdıracaq bilgi də mövcuddur. Dolayısı ilə əslində
gözəl əxlaqlı yaxşı insan ilə pis əxlaq nümayiş etdirən insan, əslində
eyni şərtlərdə və eyni bilgilərə sahibdirlər.
Allah
Quranda insanları, nəfslərindəki yaxşılıq və pisliklərlə birlikdə
yaratdığını, ancaq onlara bu pisliklərdən arınıb təmizlənmənin yolunu da
öyrətdiyini; dilədiyinin yaxşı, dilədiyinin isə pis olmasını
istədiyini bildirmişdir:
And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allahdan) qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.Onu günaha batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7- 10)
Bu,
Quranı oxuyan hər insanın bildiyi həqiqətlərdir. Dolayısı ilə imanlı
insanın, “nəfsindəki pis xüsusiyyətləri tərgitməyin üsulunu bilmədiyi və
səy göstərdiyi halda bu mövzuda müsbət nəticə əldə etmədiyini”
söyləməsi məqsədə uyğun deyildir. Allah Quran vasitəsi ilə, vicdanı ilə
hər insana nəfsini arındırmağın yolunu göstərmişdir.
Belə
olduğu təqdirdə böyük ehtimalla bu şəxs, lazım olandan daha az səy
göstərmiş; ya əlverişli nəticə əldə etmiş amma bunda sabit və qərarlı
olmamış, iradə göstərib bunu davam etdirməmişdir; ya da göstərdiyi səyi
həyatının hər sahəsinə aid etməmişdir. Bəzi insanlara, müəyyən
hadisələrə, müəyyən olunmuş şərtlərə qarşı vicadanı ilə cavab vermiş,
iradə göstərmiş, nəfsindəki pis xüsusiyyətləri aradan qaldırmış; amma
yenə müəyyən sahələrdə nəfsini haqlı göstərərək öz əvvəlki şəxsiyyətini
saxlamışdır.
Halbuki Allah qatında məqbul olan, insanın
hər şərtə uyğun, hər hadisədə, hər insana qarşı nəfsinin istədiyi
pislikləri tərgitməsi; vəziyyətə görə dəyişkən müəyyən olunmuş
“dözümlülük həddi”nin olmamasıdır. Bir çox çətin və sıxıntılı hadisə
üst- üstə gəlsə də, qarşısına özündən daha çox qüsuru olan, dözümsüz,
mərhəmətsiz, hirsli, əks və ya uzlaşması mümkün olmayan insanlar çıxsa
da, möminin yenə də gözəl əxlaqda qərarlılıq göstərməsi lazımdır. Allah
bəzən imtahanın şərtlərinə uyğun olaraq çətinlikləri ard- arda
yaradır. Müalicəsi olmayan xəstəliklər, maddi çətinliklər,
ətrafdakıların atdığı iftiralar, təzyiqlər, təsirlər və şeytanın
vəsvəsələri eyni vaxtda bir insanın həyatında baş verə bilər. Ancaq
həqiqi möminlər qarşıya çıxan, həqiqətən səmimi iman edən şəxslərin
ayırd edilməsi imkanını yaradan hadisələr də bunlardır.
Bu
səbəbdən səmimi bir mömin heç vaxt üçün özünün şeytanın təsirlərinə
məhəl qoyaraq gücsüzlüyünü qəbul etmir. Nə danışıqlarında, nə də
düşüncələrində əsla özünə zəiflik təsiri bağışlamır. Əksinə nəfsindəki
pis xüsusiyyətlərə, şəxsiyyətindəki çatışmazlıqlara qarşı kəskin iradə
nümayiş etdirib güclü xarakterə malik olduğu göstərir. Mömin, Allahın
rızasını qazanmaq üçün, deyil şəxsiyyətindəki bir neçə çatışmazlıq,
dünya həyatında qarşısına çıxa biləcək hər cür çətinlik və sıxıntıya
sinə gərməyə hazırdır. Əsl həyatın, axirətdə olduğunu; dünya həyatının
isə - Allahın lütf etdiyi tayı bərabəri olmayan nemətlərlə birlikdə,
daha çox sahədə də sınanacağı həqiqətini bilir.
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbr edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)
Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır. (Bəqərə surəsi, 214)
Çox gözəl məqalədi, həqiqətən həyatda özünü tapa bilməyən, ifadə edə bilməyən insan bu yazılanlar barədə dərindən və vicdanla düşünsə o zaman doğru yolu tapmaması mümkün deyil! Anca yazdıqlarınızda yalnız bir cümlə ilə razı olmadım, bəlkə də bu mexaniki bir xətadır, Ayələrdən əvvəl sonuncu abzasda belə bir cümlə yazmısız: Mömin, Allahın rızasını qazanmaq üçün, deyil şəxsiyyətindəki bir neçə çatışmazlıq, dünya həyatında qarşısına çıxa biləcək hər cür çətinlik və sıxıntıya sinə gərməyə hazırdır.
YanıtlaSilAmma məncə mömin istənilən halda yalnız Allahın rizasını qazanmağa çalışmalıdır. Hər halda Allah Yalnız bizə dünya və axirətdə fayda verəcək davranışlardan razı qalır.