Bəzi insanlar, din əxlaqını yaşamaq və Allahın razı olacağı
bir insan olmaq üçün yalnız Allah sevgisinin kafi olduğunu zənn
edərlər. Ancaq Allah Quranda, razı olduğu təqva sahibi qullarının,
Allahı çox sevmələrinin yanında, Özündən güclərinin çatdığı qədər
qorxub çəkindiklərini bildirməkdədir. Allahı bütün sifətləriylə
tanıyan, Onun böyüklüyünü lazım olduğu kimi təqdir edə bilən, ağıl və
vicdan sahibi hər insan, Allahdan gücü çatdığınca qorxub çəkinər.
Allah, Özündən qorxub çəkinən qullarına doğru ilə səhvi bir-birindən
ayırd edə bilmə qabiliyyəti verər, Allahın sərhədlərinə əskiksiz olaraq
uyğun gəlməsi, daim vicdanına görə hərəkət etməsi üçün ona güc
qazandırar. Allah, iman edənlər üzərindəki bu nemətini Quranda belə
bildirər:
“Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O, sizə haqla-nahaqqı ayırd edən bir nur verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir!” (Əl-Ənfal Surəsi, 29)
Məsələn, Allahdan qorxub çəkinən bir adam əsla yalan danışmaz.
Mənfəətləri zədələnsə belə Allahın razılığını qazana bilməməkdən və Onun
özünə verə biləcəyi qarşılıqdan qorxub çəkinər və dürüst davranar. Bir
anlıq qəflətən səhv bir şey söyləsə belə, dərhal günahından ötəri
Allaha tövbə edər və səhvini düzəldər. Bunun kimi, bir insanın, çox
böyük ehtiyac içindəykən belə, haram yollardan pul qazanmağa əsla
yanaşmaması da, yenə onun Allah qorxusundandır.
Allah
qorxusu olmayan hər insanın özünə görə bir sərhədi vardır, o sərhədə
qədər dürüst və doğru olsa belə, bir yerdən sonra nəfsinə görə hərəkət
edər. Allahdan qorxub çəkinən bir insan isə, nə qədər çətin vəziyyətdə
qalırsa qalsın, heç bir zaman üçün Allahın razı olmayacağı bir yolu
seçməz. Bir çətinliklə qarşılaşdığında Allaha güvənər, özünə bir çıxış
yolu göstərməsi üçün Rəbbimizə dua edər və təvəkkül edər.
Allah
qullarını sevən, onlar üçün gözəllik diləyən, onları bağışlayan,
mərhəmət edən, onlara kömək edən və qarşılıqsız olaraq lütf edəndir.
Müşriklər və inkar edənlər isə Allahın rəhmətindən uzaq tutulmuşlar.
Sonsuz ədalət sahibi olan Rəbbimiz, Özünə səmimi bir ürəklə iman edən
saleh qullarını dünyada və axirətdə rəhmətiylə mükafatlandıracaq, inkar
edən kəsləri isə cəhənnəm əzabıyla əzablandıracaq.
“Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, çıxanı da, göydən enəni də, qalxanı da bilir. Siz harada olsanız, O, sizinlədir. Allah, sizin nə etdiklərinizi görəndir”. (Əl-Hədid Surəsi, 4)
Rəbbimizin sonsuz gücünü və axirətdəki sonsuz əzabını gərəyi kimi
təqdir edə bilən bir insan, həyatının hər anında, etdiyi hər işdə
Allahdan içi titrəyərək qorxar. Bu qorxusundan ötəri Rəbbimizin razı
olmayacağı bir rəftar içərisinə girməkdən qəti şəkildə qaçınar. Ancaq
bir tərəfdən də, Allaha səmimi bir sevgi və sədaqətlə bağlanmış
olmasından ötəri, Allahın, səhvlərini bağışlayıb tövbələrini qəbul
edəcəyini, Allahın razılığını qazanmaq üçün göstərdiyi ciddi səy
səbəbiylə özünü cənnətiylə mükafatlandıracağını ümid edər. Quranda iman
edənlərin bu əxlaqı belə bildirilməkdədir:
“Rəbbindən görmədən qorxanları isə bağışlanma və böyük mükafat gözləyir”. (Əl-Mülk Surəsi, 12)
“Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda ölün”. (Ali-İmran Surəsi, 102)
Allahı
həqiqətən sevən hər mömin, Allahın əzabından, Allahın məmnuniyyətini
və sevgisini itirməkdən böyük bir qorxu duyar və bu səbəblə həyatı
boyunca çox ciddi və səmimi bir səy içərisində olar. Allah Quranda bu
əxlaqı yaşayan möminləri belə müjdələməkdədir:
“Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar”. (Əl-İsra Surəsi, 19)
Hiç yorum yok:
Yorum Gönder