500 müxtəlif əməliyyatı eyni anda reallaşdıra bilən qaraciyər
hüceyrələri, enerji üçün ehtiyac duyduqları şəkər olmadıqda hansı üsula
müraciət edirlər?
İnsan bədəni tamamilə ayrı
bir "aləm", sanki tamamilə başqa bir "şəhərdir". Bu şəhərin içində
nəqliyyat yolları, binalar, fabriklər, yetkin infrastruktur, ən üstün
texnologiyalardan daha üstün texnologiyaya sahib cihazlar, heyrətamiz
şəkildə şüur nümayiş etdirən, öz peşəsində ixtisaslaşmış işçilər
(hüceyrələr, hormonlar, vəzilər), tam təchizatlı əsgərlər və daha nələr
mövcuddur. Üstəlik bu "aləm" yalnız sizin bədəninizin içində deyil.
Ətrafınızda gördüyünüz hər bir insan - ananız, atanız, qardaşınız,
dostlarınız, iş yoldaşlarınız, küçədə yanlarından keçdiyiniz insanlar,
televiziyada izlədiyiniz insanlar, bir sözlə yer üzündə bu an yaşamaqda
olan milyardlarla insan, bu möcüzəvi "aləm"ə malikdir. Bu qüsursuz
yaradılmış aləm içində Uca Allah bir-birindən möcüzəvi yüzlərlə sistem
və onlarla orqan yaratmışdır. Sağlam bir bədənə sahib olmağımıza vəsilə
olan bu orqanlardan biri də qaraciyərdir.
"Göylərdə və yerdə nə varsa, Hamısı Onundur. Həqiqətən, Allah ehtiyacsızdır, (hər cür) şükürə, tərifə layiqdir!" (Həcc surəsi, 64)
Qaraciyərin təqlid edilə bilməyən vəzifələri
Qan
dövranı daxilində mükəmməl filtr vəzifəsini icra edir: Suda həll edilə
bilən, bədənimizin sadə tullantı maddələri böyrəkdə təmizlənərkən,
dərmanlar və hormonlar kimi kompleks kimyəvi quruluşlu tullantıları
ancaq qaraciyər təmizləyir. Qaraciyər olmasaydı və ya sadəcə bu
xüsusiyyəti olmasaydı, qeyd etdiyimiz kimyəvi tullantılar bədəndə ciddi
zəhərlənmələrə gətirib çıxarardı.
Bədənin enerji hasil edən
maddələrini istehsal edir: Qaraciyərin xüsusiyyətlərindən biri də,
bədənin ən əhəmiyyətli enerji qaynağı olan qlükozanı hasil etməyidir.
Normal qidalanma əsnasında alınan qlükoza, karbohidrata çevrilərək
qaraciyərdə yığılır. Qaraciyər qandakı qlükoza nisbətinə daim nəzarət
edir. Yemək vaxtlarında qida alınmadığı və qandakı qlükoza miqdarı
aşağı düşməyə başladığı zaman, qaraciyər daha əvvəl yığdığı qlikogeni
yenidən qlikozaya çevirərək qana ötürür. Beləliklə qandakı qlükoza
səviyyəsinin aşağı düşməsinin qarşısı alınmış olur. Qaraciyər bundan
əlavə yağ turşuları və amin turşularıdan da qlükoza hasil edə bildiyi
kimi, enerji istehsalında istifadə edilməsi mümkün olmayan digər
karbonhidratları da qlükozaya çevirə bilər. Bədənin kafi enerjiyə sahib
olub-olmadığına həssas bir şəkildə nəzarət edir. Bunun üçün xüsusi bir
xəbərləşmə sisteminə malikdir. Bədəndəki bütün orqanlar qaraciyər ilə
əlaqəlidir.
İmmun sistemə əvəzolunmaz dəstək verir: Qaraciyər
yalnız qidalanma və maddələr mübadiləsi üçün bir filtr olaraq qalmır,
bundan əlavə immun sistemin ayrılmaz maddələri olan qlobulini və damar
təmiri ilə məşğul olan fermentləri də hasil edir. Bu maddələr insan
bədəni üçün həyati əhəmiyyət daşıyarlar.
Qanı
ehtiyyat üçün yığa bilir: Qaraciyər, genişlənə və ya kiçilə bilən bir
quruluşa malikdir. Bu xüsusiyyəti sayəsində qan damarlarındakı qanı
ehtiyyat üçün yığa da bilər və sala da bilər. Qaraciyər sağlam bir
bədəndə, qanın cəmi 10%-ni, yəni 450 ml.-ni tutur. Bəzi hallarda,
məsələn ürək çatmazlığı olduqda bədəndə dövr edən qan miqdarı, ürəyin
işləmə tempinə çox gələcəkdir. Bu vəziyyətdə qaraciyər qan saxlaya bilmə
həcmini iki dəfəyə qədər artıraraq, 1 litr qanı əlavə olaraq saxlayar.
Beləcə ürəyin gücünün çata biləcəyi bir tempə zəmin yaradar. Bədəndə
qana ehtiyac artdıqda (məsələn ağır məşqlər əsnasında) qaraciyər yığdığı
qanı dövrana buraxaraq qana olan ehtiyacı aradan qaldırar.
Bakteriyaları
təmizləyir: Qaraciyərdə olan Kupfer hüceyrələri, buradan keçən,
xüsusilə də bağırsaqlardan gələn qanda olan xeyli miqdardakı
bakteriyaları udar. Kupfer hüceyrələri qandakı parçacıqların və ya digər
artıq məhsulların artması halında, bunları qandan filtr edə bilmək
üçün öz saylarını da artırarlar.
Qaraciyərin iqtisadi
fəaliyyətləri: Əzələlərdə qlükoza istehlakı əsnasında, maddələr
mübadiləsinin artığı olan süd turşusu (Lactic acit) ortaya çıxır. Süd
turşusu əzələdə qaldığı müddətcə ağrı verir və əzələnin fəaliyyətinə
mane olur. Qaraciyər bu turşunu əzələlərdən toplayar və yenidən
qlükozaya çevirə bilər.
Ölümüş qırmızı qan hüceyrələrinin
yenilərini hasil edir: Qaraciyər və dalaq, ölən qırmızı qan
hüceyrələrinin yerinə yenilərinin hasil edildiyi, zülalın böyük bir
qisiminin parçalandığı və amin turşuları kimi yenidən fərqli məqsədlər
üçün istifadə edildiyi yerlərdir.
Bədənin ən təkmil anbarıdır:
Bütün mineralları, zülalları, az miqdarda yağı və vitaminləri qaraciyər
ehtiyyata yığır. Qaraciyər bundan əlavə, bədəndə əhəmiyyətli
funksiyaları olan dəmirin də yığıldığı orqandır. Ehtiyac olduqda,
yığdığı maddəni ən qısa yoldan lazımlı bölgəyə ötürür.
Bu
saydıqlarımız qaraciyərin funksiyalarından yalnız bir neçəsidir.
Normalda bir qaraciyər hüceyrəsi, təxminən 500-dən çox əməliyyat icara
edə biləcək qabiliyyətdədir. Bu əməliyyatları da, bir-biri ardınca
deyil, çox zaman eyni zamanda etməyi bacarır.
Qaraciyərin
süngərvarı (sümüyün içində olan bir quruluşdur. süngərvarı Sümük
hüceyrələrinin içi qırmızı sümük iliyi ilə dolu olur. Qırmızı ilik
qırmızı qan hüceyrəsi və ağ qan hüceyrəsi istehsalında lazım olur.)
quruluşu niyə bu qədər əhəmiyyətlidir?
Qaraciyərin əsas vəzifəsi,
qan yoluyla aldığı qida maddələrini işləmək olduğu üçün, quruluşunun
da qanı mühafizə etməyə uyğun olması lazımlıdır. Necə ki qaraciyər də
süngərvarı bir quruluşa malikdir. Hətta insan bədənindəki qanın cəmi
800-900 qramı, hər zaman qaraciyər tərəfindən əmilmiş vəziyyətdədir. Bu
səbəbdən ağırlaşan orqanın bədən içindəki xüsusi mövqeyi də, digər
orqanlara zərər verməyəcək və vəzifələrini qüsursuz şəkildə icra edə
biləcəkləri şəkildə, hər şeyi bilən və hər şeyə gücü çatan Uca Rəbbimiz
tərəfindən yaradılmışdır.
Qaraciyərin öz-özünü yeniləyə bilmə qabiliyyəti
Qaraciyər
insan bədənindəki öz-özünü yeniləmə qabiliyyətinə malik ola yeganə
orqandır. Qaraciyərin 70%-ə qədəri götürülsə belə 1-2 həftə içində
təkrarən bütün funksiyalarını yerinə yetirəcək böyüklüyə çatar.
Qaraciyərin
öz-özünü yeniləmə fəaliyyətini hansı mexanizmlərin reallaşdırdığı hələ
də araşdırılır. Qaraciyərin bu xüsusiyyəti ilk olaraq 1931-ci ildə
Mayo Klinikasında iki cərrahın araşdırması ilə ortaya çıxmışdır. Bu
sistemdə heyrətamiz nöqtələrdən biri, qaraciyər hüceyrələrinin
inanılmaz bir sürətdə bölünməsi və belə vəziyyətdə normal vəzifələrini
də axsatmadan yerinə yetirməsidir. Vəzifə yerinə yetirildikdən sonra,
hüceyrə bölünməsinin nə vaxt dayanacağına ortaq bir qərarla birdən son
verilməsi isə daha təəccüblüdür. Bu məqamda ağıla bəzi suallar gəlir:
Hüceyrələr çoxalma əsnasında daha nə qədər davam etmələrinin lazım olduğunu və ya harada dayanacaqlarını necə bilirlər?
Onlara "hərəkət etmə" və ya "dayan" əmri haradan gəlir?
Əgər
bir yerdən "dayan" əmri almırlarsa, digər orqanları narahat edəcək
dərəcədə böyüməmələri lazım olduğuna özlərimi qərar verirlər?
Şübhəsiz
şüuru olmayan hüceyrələrin bunlardan birini də reallaşdırması mümkün
deyil. Bu möcüzəvi işi əvvəldən sona qədər yaradan və nizama qoyan,
lazımlı əmrləri verən Allahdır. Qurani Kərimdə yer üzündə
qarşılaşdığımız hər sistemin və varlığın işini təşkil edənin Allah
olduğu və insanın bu elmi araşdırıb düşünməsinin lazım olduğu xəbər
verilir. Ayədə belə buyurulur:
"Yeddi (qat) göyü
və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir
olduğunu, Allahın hər şeyi elm ilə ehtiva etdiyini biləsiniz deyə,
(Allahın) əmri onların arasında nazil olar." (Talaq surəsi, 12)
Hiç yorum yok:
Yorum Gönder