Bəzən insan heç bir səy göstərməsə də hər hansı yaxşı nəticələr əldə
edəcəyini düşünür. Halbuki, bu tamamilə səhv bir fikirdir. Heç bir
gözəl nəticə səy göstərmədən öz-özünə ortaya çıxmaz. Bu Allahın
insanlar üçün yaratdığı imtahanın bir qanunudur.
İnsan nəfsində
yaxşılıqlar və pisliklər bir yerdədir. Bu da Allahın insanlar üçün
yaratdığı imtahanın bir başqa xüsusiyyətidir. İnsan həyatının son
saniyəsinə qədər nəfsindəki pisliklərə qarşı mübarizə aparmalıdır.
Nəfsini özbaşına buraxdığı halda gözəlliklər heç vaxt pisliklərə
öz-özünə qalib gələ bilməz. Ağlını, iradəsini, vicdanını həmişə daha
gözəl əxlaqa sahib olmaq üçün istifadə etməlidir.
İnsanın bu mübarizəsində əldə etməli olduğu bir xüsusiyyətdə “müsbət düşünməkdir”. Yaxşılıqları və pislikləri özündə cəmləşdirən “nəfsin insanları mənfi düşünməyə təşviq etmə xüsusiyyəti”
də var. Və əlbəttə ki, nəfs müxtəlif yollarla əsil üzünü gizlədər.
Müsbət düşünmənin bir mənada “özünü aldatmaq” olacağını, “mənfilikləri
düEyni zamanda insan istərsə “müsbət düşünmək” ilə “mənfi düşünməyin”
insanın nəyi qazanmağına və nəyi itirməyinə səbəb olacağını sürətli və
asan bir şəkildə müqayisə edib, qavraya bilər.
şünmənin isə
insanı həmişə daha yaxşı və tədbirli edəcəyini”, “daha ağıllı addımlar
atmasına səbəb olacağını”, “belə insanın təhlükələrə və risklərə daha
çox hazırlıqlı olacağını” göstərməyə çalışar. İnsanları mənfi düşünmənin “realizm” olduğuna, müsbət düşünmənin isə “özünü aldatmaq” olduğuna inandırmağa cəhd edər.
İnsan
belə bir vəziyyətdə Quran əxlaqına görə davranmağa çalışmalıdır. Allah
Quranda müsəlmanlara “təvəkkül etməyi, hər hadisəni xeyirə yozmağı,
Allahın qədərdə hər şeyi xeyirlə yaratdığını düşünməyi, hər nə olursa
olsun hər mövzuda Allahdan ümidini kəsməməyi” bildirmişdir. Mömin Quranı
əsas alaraq davrandığı üçün şeytan və ya nəfis əksini istəsə də, hər
nə qədər istədiyi davranışı düzgün göstərmək üçün bəzəsə də mömin
müsbət düşünməkdən uzaqlaşmaz.
Mənfi düşünmək ən əvvəl adamın
Allah rızasına uyğun düşünməyinə və Allahın razı olacağı əxlaqı
yaşamağına mane olar. Allahı və Allahın sonsuz gözəlliyə sahib
sifətlərini unutmağına səbəb olar (Allahı tənzih edirik). Allahın
ağlını, şəfqətini, mərhəmətini, sevgisini, ədalətini, qullarına olan
yaxınlığını, dualara cavab verən olduğunu, səmimi olan qullarını
bağışlayacağını, axirətdə hər şeyin qarşılığını ən gözəli və
artıqlaması ilə verəcəyini unutdurar. Dünyada olan hadisələrin Allahdan
müstəqil olaraq reallaşdığı (Allahı tənzih edərik) düşüncəsinə,
inancına qapılmasına gətirib çıxarar. Bütün bunlar da adamı cahiliyyə
məntiqli düşncə tərzinə gətirib-çıxarar. Bu da insanı əbədi olaraq
qəm-qüssəyə boğar. Hər hadisəyə mənfi tərəfdən baxan biri qaranlıq,
sıxıntılı, içinə bağlı, bədbəxt bir insan olar. Belə bir adam sahib
olduğu səhv məntiq səbəbilə ətrafındakı insanlara və yaşadığı
hadisələrə qarşı əsaslı çarə olacaq bir davranış göstərə bilməz.
Ətrafındakı insanlara qarşı həmişə mənfi fikirlərlə yaxınlaşdığı üçün
çox şübhəçi, önmühakiməli, uzaq və soyuq bir davranış göstərər. Mənfi
düşünən, mənfi danışan, mənfi addımlar atan bir insan olaraq
ətrafındakı insanların sevgisini, hörmətini, etibarını itirər. Dostları
yanında narahat olan və dostluğu bilinməyən bir insan olar. Heç kimi
həqiqi mənada sevə bilməz, heç kimə şübhə duymadan yaxınlaşmaz. Həyatı
həmişə narahat, bədbəxt, qəm-qüssə və ümidsiz fikirlər içində keçər.
Bütün bunların nəticəsində də mənəviyyatında olduğu kimi, fiziki olaraq
da gücsüz qalar.
Bununla yanaşı müsbət düşünən bir insan isə bu
xüsusiyyətiylə hər şeydən əvvəl Allahın razı olacağı əxlaqı göstərmiş
olar. Çünki, müsbət düşünmək Allahın bəyəndiyi əxlaqın, səmimi imanın, Allaha qarşı olan inamın və təslimiyyətin bir gərəyidir.
Bu əxlaqı yaşayan adamın vicdanı rahatdır. Çünki, Qurana uyğun bir
əxlaq yaşayır. Yaşadığı hadisəyə, ətrafındakı insanlara Allahın istədiyi
və bəyəndiyi baxışla baxır. Hər hadisəni xeyirə yozan, hər şeyin gözəl
tərəfini görən bir yanaşması var. Yaşadığı hadisələrdəki mənfilikləri
görüb, bunlara kədərlənib, sıxılıb, pessimizmə qapılmaq yerinə, çox
kiçik gözəlliyi belə görən, bu nemət üçün Allaha şükür edən və bunun
sevincini yaşayan bir əxlaq yaşayır. Allahın hər insan üçün olduğu kimi,
onun üçün də sayısız nemət yaratdığının fərqindədir. Mənfi kimi
görünən bütün hadisələrin Allahın bir imtahanı olduğunu və “Allahın
istədiyi kimi davrananda” bunların hər birinin dünyada və axirətdə onu
xeyirlərə qovuşduracaq vəsilələr olduğunu bilər. Ən çətin, ən qarışıq,
ən mürəkkəb hadisələr olsa belə mənfi fikirlərə düşməz. Çünki, “Allahın, səmimi qullarına qəti şəkildə kömək edəcəyini”
unutmaz. Gücünün çatmadığı bir hadisədə özünü itirməz. Çünki, Allahın
sonsuz güc sahibi olduğunun fərqindədir. Hadisələrin özü-özünə baş
vermədiyini, Allahın hər şeyi xeyir və hikmətlə yaratdığını bildiyi
üçün hər hadisədə bir gözəllik görər. Bütün bu həqiqətləri bilməsi ona
dünyada əbədi rahatlıq və xoşbəxtlik verər. Hər nə olursa olsun Allahdan
ümidini kəsmədiyi üçün, Allaha çox inandığı üçün, Allahın kömək
edəcəyinə inandığı üçün çox rahat olar. Hər məsələdə müsbət və ağıllı
bir baxışa sahibdir. Hadisələrdə ya da insanlarda olan mənfi
tərəflərdən, əskiklərdən və qüsurlardan əlbəttə ki, xəbərdardır. Amma
bunun həll yolunun hər şeyə pessimist bir dünyagörüşüylə baxıb,
kədərlənib, sıxılmaq olmadığını bilər. Bu əskiklikləri yox etmək üçün
atacağı hər addımı Allaha güvənərək, müsbət düşünərək, ümidvar olaraq,
gözəllikləri görüb bunları əsas alaraq atar. Bu səbəbdən də ən çox
sevilən, ağlına ən çox inananılan, sözünə ən çox etimad edilən, ən çox
məsləhət alınan, dost olaraq ən çox seçilən kəslər məhz belə müsbət
düşüncəyə, belə gözəl əxlaqa sahib olan kəslərdir.
Üstəlik,
“müsbət düşünmək” “özünü aldatmaq” ya da “realist olmamaq” demək də
deyil. Əksinə, bir çox insanın görə bilmədiyi həqiqəti görmək, “Allahın
sonsuz gücünü lazımınca təqdir edə bilmək, Allahın gücünə şahid ola
bilmək” deməkdir. Əsl realizm budur.Əsl düzgün-dürüst belə
olur. Bunun əksi insanın özünü aldatmasıdır. Çünki, əksini düşünən insan
hadisələri özünün ya da qarşısındakı insanın etdiyini düşünür. Öz
gücünün və insanların gücünün nə qədər məhdud, yaradılanların nə qədər
aciz olduğunu gördükcə özünə görə mənfi düşüncələrə qapılır. Halbuki öz
gücü onsuz da heç bir şeyə çatmaz. İnsana müsbət düşünmə,
ümidvar olma, hər hadisənin nəticəsindən bir gözəllik görmə gücünü verən
“Allahın gücünə olan inancı” və “Allahın gücünü lazımınca
qavramağıdır”.
Bütün bu həqiqətləri diqqətlə nəzərdən
keçirən bir insan “Allahın razılığının müsbət düşünməkdə olduğunu”
görməlidir. Bununla birlikdə mənfi düşünməyin insana heç bir faydası
olmadığını, əksinə adamın həyatını çox pis və mənasız hala gətirdiyini,
çox çətinləşdirdiyini və mənən çox keyfiyyətsizləşdirdiyini
qavramalıdır. İnsanı bu kədərdən digərinə sürüyən, hər yerdə, hər
hadisədə adama bədbəxtliyin qapısını açan, nə özünə, nə də başqalarına
heç bir faydası olmayan şeytani bir dünyagörüşü olduğunu anlamalıdır.
Quran əxlaqı insanın Allahın insanlar üzərindəki böyük lütfünü
görməsinə, ətrafındakı gözəlliklərin sevincini və xoşbəxtliyini
yaşamasına, bütün bunlar üçün Allaha könüldən şükr etməsinə və ən çətin
şərtlərdə belə Allahdan gözəllik ümid etməsinə vəsilə olar. Beləliklə
əsl realizm budur.
Bununla yanaşı mənfi düşünmənin “hazırlıq” olduğunu düşünən bir insan bu mövzuda da yanılmaqdadır.Belə
pessimist, çökmüş, içinə qapanmış, bədbəxt, ümidsiz bir insanın həqiqi
mənada hazırlıq görməsi də mümkün deyil. Doğru düşünmə, hadisələri
olduğu kimi görüb məqsədəuyğun qiymətləndirmə və tədbir alma
qabiliyyətini, yaşadığı ruh halıyla birlikdə onsuz da itirmiş
vəziyyətdədir. İnsan tədbir almağı ancaq müsbət düşünmənin gətirəcəyi rahat, ağıllı, müsbət və düzgün bir mənəviyyatla reallaşdıra bilər. İnsanları, hadisələri və təhlükələri doğru analiz etməyi ancaq belə məqbul bir dünyagörüşünə sahibdirsə mümkün ola bilər.
Allahın
Quranda insanlara bildirdiyi bir sirr var. İnsan mənfi düşüncədənsə
ətrafındakı gözəllikləri, nemətləri, müsbət inkişafları görə bildiyi və
bu dünyagörüşüylə düşünə bildiyi halda “Allah bu adamın nemətini daha
da çox artırır”.Əksi olduqda, yəni insan həmişə içərisində
olduğu şəraitdən, yaşadığı hadisələrdən, ətrafındakı insanlardan
şikayət etdiyi, yalnız əskikləri, qüsurları gördüyü, gözəllikləri isə
lazımi kimi qiymətləndirmədiyi halda isə özünün səbəb olduğu bədbəxt
bir həyat yaşamaqdadır.
Beləliklə, hər insan Allahın bildirdiyi
bu məlumat haqda yaxşı düşünməlidir. Ən çətin şəraitlərdə belə həyatda
sevinəcəyi, xoşbəxt olacağı, şükr edəcəyi çox sayıda nemət və gözəllik
vardır. Əgər az bir nemətə də şükr etməsini, az bir gözəllikdə belə
ümidli olmağı bacarsa Allah ona dünyada və axirətdə çox daha artığını
verəcək. Allah Quranda insanlar üzərindəki nemətinin bənzərsizliyini və
nemətə şükr etmənin əhəmiyyətini belə bildirmişdir:
"(Ey
camaatım!) Yadınızı salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər
(Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər
nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən
şiddətlidir!”." (İbrahim Surəsi, 7)
(Allah)
sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın
nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan
çox zalım, həm də çox nankordur. (O, Allahdan başqasına tapınmaqla
özünə zülm edər, Onun lütfünü, mərhəmətini danmaqla küfrani-nemət
olar).(İbrahim Surəsi, 34)
Əgər
Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz.
Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!(Nəhl Surəsi, 18)
İnsan
həyatı boyu ən çətin anlarda belə bu həqiqətləri unutmamalıdır.
Həyatının sonuna qədər müsbət düşünməli və hər nə olursa-olsun bu
xüsusiyyətdən əl çəkməməlidir.
Ancaq bu
da heç vaxt unudulmamalıdır ki, insan gözəl əxlaqı, müsbət düşünməyi,
Allahdan ümidvar olmağı nemətə qovuşa bilmək üçün deyil, Allahın
razılığını qazanmaq üçün etməlidir. Allah Dərgahında qəbul ediləcək
davranışlar bunlardır. Çünki, Allahın razılığı dünyada və axirətdə olan
bütün nemətlərdən üstündür. Allah razı olanda onsuz da nemətini lütf
edəcək. Lakin bu gözəl əxlaq ancaq -Allahın icazəsiylə- Allahın
razılığının heç bir nemət ilə müqayisə edilməyəcək qədər böyük bir lütf
olduğunu qavrayan insanlara nəsib olacaq.