Allah hər şeyi hikmətlə yaradır. Bu hikmətlərdən biri də Allahın yaratdığı hadisələrin nəticəsinin möminlərə, dinə fayda gətirməsidir. Çünki Allah möminlərlə bərabərdir və möminlərin əleyhinə heç bir şey yaratmaz.
Möminin qarşısına çıxan bəzi hadisələr məsələn, inkarçıların qurduğu tələlər ilk baxışda mənfi hal kimi görünə bilər. Amma Allah mütləq və mütləq bunda da xeyir yaratmışdır. Bu hadisədə hansı xeyirlərin olduğunu isə dərhal və qısa zaman ərzində möminlərə göstərər. Buna görə də möminlər qarşılaşdıqları hər hadisədə mütləq xeyirin olduğunu bilməlidirlər.
Quranda bu mövzu ilə bağlı bir çox hadisə izah edilir. Hz. Yusifin həyatı buna bir nümunədir. Hz. Yusif kiçik uşaqkən qardaşları tərəfindən quyuya atılmış, sonra oradan xilas olmuşdur. Ancaq bir müddət sonra günahsız olduğu halda, günahlandırılaraq zindana atılmışdır. Ancaq Hz. Yusif bütün bu hadisələrin Allahın idarəsində olduğunu və hər bir işdə mütləq xeyr olduğunu heç zaman unutmamışdır. Nəticə olaraq, Allah bir müddət sonra bütün bu "fəlakət"lərin arxasındakı xeyiri ona göstərmişdir və Hz. Yusif atıldığı Misir zindanlarından xilas olaraq həmin ölkənin rəhbərliyində yer tutmuşdur.
Gəmidə olduğu zaman püşk atılaraq kimin dənizə atılacağı müəyyənləşdirilən və nəticədə dənizə atılan, sonra da nəhəng balıq tərəfindən udulan Hz.Yunisin vəziyyəti də Hz.Yusifə bənzəyir. Quranda Hz.Yunisin Allahı "təsbeh edənlərdən" olduğu üçün o yerdən qurtarıldığı və sonra da mükafatlandırıldığı belə izah edilir: